"Azərenerji" 2,3 milyon manatlıq tenderin qalibini açıqlayıb

"Azərenerji" 2,3 milyon manatlıq tenderin qalibini açıqlayıb
# 03 avqust 2022 18:22 (UTC +04:00)

"Azərenerji" ASC müxtəlif növ elektrik mallarının alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

"APA-Economics" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Electro Service" QSC seçilib.

"Azərenerji" qalib şirkətlə 2,3 milyon manat həcmində müqavilə imzalayıb.

Şirkət müqavilə üzrə bir il ərzində "Azərenerji"yə xidmət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR