"Azerenerji" ötən ili 307 mln. manatlıq zərərlə başa vurub

"Azerenerji" ötən ili 307 mln. manatlıq zərərlə başa vurub
# 01 iyul 2019 17:53 (UTC +04:00)

Ötən ilin dekabrın 31-ə "Azərenerji" ASC-nin cəmi aktivləri 3 713 924 min manat təşkil edib ki, bu da 2017-ci il ilə müqayisədə 1,7% çoxdur.

APA-Economics”in məlumatına görə, bu barədə “Azərenerji”nin 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə mənfəət və ya zərər və digər məcmu mənfəət haqqında konsolidə edilmiş hesabatda deyilir.

Hesabata əsasən, ötən il üzrə ASC-nin cəmi öhdəlikləri 2 527 840 min manat olub, bu da 2017-ci illə müqayisədə 4% azdır.

"Azərenerji" ötən ili 307 335 min manat zərərlə bitirib, bu da 2017-ci il ilə müqayisədə 49% azdır. 2018-ci il ASC-nin gəlirləri 1 048 026 min manat olub ki (bunun da 1 045 470 min manatı enerji satışından əldə edilən gəlirdi), bu da 3,4%-lik artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR