“Azərenerji”: Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb

“Azərenerji”: Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb
# 29 iyun 2019 15:18 (UTC +04:00)

Bu gün saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

“Azərenerji”dən APA-ya verilən məlumata görə, baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb.

“Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb. Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR