"AzerGold”un Müşahidə Şurasının tərkibinə dəyişiklik edilib

"AzerGold”un Müşahidə Şurasının tərkibinə dəyişiklik edilib
# 03 sentyabr 2022 16:20 (UTC +04:00)

"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinə dəyişiklik edilib.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri müşahidə şurasının üzvləri siyahısından çıxarılıb. Onun əvəzinə siyahıya Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini əlavə edilib.

Eyni zamanda siyahıdan “Samir Qurbanov ‒ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri” üzvlükdən çıxarılıb və yerinə “Faiq Mütəllimov – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Ekoloji siyasət şöbəsinin müdiri” əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR