Azəri-Mərkəzi-Şərqi layihəsinin dəyəri açıqlanıb

Azəri-Mərkəzi-Şərqi layihəsinin dəyəri açıqlanıb
# 07 oktyabr 2022 11:38 (UTC +04:00)

Azəri-Mərkəzi -Şərqi (ACE) layihəsinin ümumi dəyəri 5,9 milyard dollar təşkil edir.

Bunu "APA-Economics"in sualına cavab olaraq BP-nin xarici kommunikasiyalar üzrə rəhbəri, ACE layihəsinin baş meneceri Nill Filips deyib.

O bildirib ki, layihənin tikinti-quraşdırılma işləri üzrə xərcləri 3,2 milyard dollara bərabər olacaq.

Layihə həmçinin, mərkəzi Londanda yerləşən beynəlxalq sığorta şirkəti tərəfindən sığortalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR