“Azəriqaz”: Azərbaycanda qaz istehlakı artıb

“Azəriqaz”: Azərbaycanda qaz istehlakı artıb
# 10 iyun 2022 11:34 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında "Azəriqaz" İstehsalat Birliyi 4 207 mln. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 329 mln. kubmetr çoxdur.

"APA-Economics"in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hesabat dövründə qazpaylayıcı şəbəkəyə verilən qazın 3 141 mln. kubmetri əhali, 1 066 mln. kubmetri isə qeyri-əhali abonent qrupunun payına düşüb.

Rəşad Cavadov onu da qeyd edib ki, hesabat dövründə ümumi qazpaylayıcı şəbəkəsi üzrə itkilərin azalma tempi 83 mln. kubmetr olub və 3 faiz bəndi təşkil edib.

Bununla yanaşı, yanvar-iyun aylarında istifadə edilmiş qaz üzrə ödəniş səviyyəsi 101% təşkil edib (əhali – 99,4%, qeyri-əhali – 102%), bu da illik müqayisədə 14,3 faiz bəndi çoxdur.

Ruslan Əliyev əlavə edib ki, iyun ayının 1-nə olan məlumata görə, “Azəriqaz” üzrə ümumi abonentlərin sayı 2 465 415 təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR