“Azəriqaz” gələn il yaşayış məntəqələrinin qazlaşdırılmasını kəskin artıracaq

“Azəriqaz” gələn il yaşayış məntəqələrinin qazlaşdırılmasını kəskin artıracaq
# 23 noyabr 2022 15:45 (UTC +04:00)

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 2023-cü ilin qazlaşdırma proqramı çərçivəsində təxminən 140 yaşayış məntəqəsinin qazlaşması nəzərdə tutulub.

"APA-Economics"in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Facebook" sosial şəbəkəsində canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, bu göstəriciyə həm qazlaşdırılması nəzərdə tutulan kəndlər, həm də yaşayış massivləri daxildir.

Rəşad Cavadov onu da qeyd edib ki, bu il üçün nəzərdə tutulan qazlaşma işləri yekunlaşmağa doğru gedir və təxminən 95% yerinə yetirilib.

Xatırladaq ki, “Azəriqaz” tərəfindən bu il təqribən 110 kənd və yeni yaşayış massivində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub. Beləliklə, bu il ilə müqayisədə gələn il qazlaşma işlərinin 27% artacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR