“Azəriqaz” yanında İctimai Şuranın üzvləri Ağsuya səfər edəcək

“Azəriqaz” yanında İctimai Şuranın üzvləri Ağsuya səfər edəcək
# 13 may 2022 10:34 (UTC +04:00)

“Azəriqaz” İB yanında İctimai Şuranın üzvləri 18 may 2022-ci il tarixində Ağsu Regional qaz istismarı İdarəsinə monitorinq səfəri edəcək, istehlakçılarla görüşəcəklər.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, Ağsu, Göyçay, Şamaxı, İsmayıllı, Kürdəmir, Qobustan və Ucar rayonlarından olan istehlakçılar (abonentlər) görüşdə iştirak etmək, problemlərini bildirmək üçün Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən Ağsu Regional qaz istismarı İdarəsinin inzibati binasına saat 11:00-da yaxınlaşa bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR