“Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası keçiriləcək

“Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası keçiriləcək
# 18 avqust 2022 18:48 (UTC +04:00)

Avqustun 19-da saat 11:00-da “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

Bu barədə "APA-Economics"ə qurumdan bildirilib. Məlumata görə, Birliyin şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev cari ilin 7 ayı ərzində daxil olan müraciətlər və onların həlli istiqamətində görülən işlərin hesabatını təqdim edəcək. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR