"Azərişıq" dördillik kommunikasiya strategiyası hazırlayıb - FOTO

İsa İsazadə

© APA | İsa İsazadə

# 19 yanvar 2022 12:19 (UTC +04:00)

"Azərişıq" ASC-nin 2022-2025-ci illəri əhatə edən Kommunikasiya Strategiyası hazırlanıb.

"APA-Economics" xəbər verir ki, bunu "Azərişıq" ASC 2021-ci ilin yekunlarına və məlumatların açıqlanması sisteminin tələblərinə həsr edilmiş mətbuat konfransında çıxış edən ASC-nin "ASAN Xidmət"lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə deyib.

Onun sözlərinə görə, müəssisənin əsas prioritetlərindən biri vətəndaşların enerji təchizatı şəbəkəsinə qoşulması prosesini sadələşdirmək və onların olduğu ünvanı tərk etmədən səmərəli şəkildə müraciət etmək imkanını yaratmaq olub.

"Sahibkarların onlayn qaydada Elektron Müraciətlərin İdarə Olunması Sistemi vasitəsi ilə müraciət etmək imkanlarının olması onların enerji təchizatı şəbəkəsinə qoşulması asanlaşdırılıb.

Belə ki, vətəndaşlar E-GOV (elektron hökumət portalı), e-service.azerishiq.az saytından onlayn qaydada müraciət etməklə obyektini elektrik enerjisi ilə təmin edə bilər. Eyni zamanda "Azərişıq" ASC Elektron Hökumət Portalına "Əhali istehlakçılarının ad dəyişdirilməsi”, “Borcun olmaması haqqında arayışın verilməsi" və sairə kimi xidmətləri inteqrasiya etmiş və yaxın zamanlarda bir çox xidmətlərin də inteqrasiyası nəzərdə tutulub", - deyə İ. İsazadə qeyd edib.

O həmçinin əlavə edib ki, "Azərişıq" ASC-nin də təmsil olunduğu Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Elektrik Təchizatı Şəbəkəsinə Qoşulma" üzrə İşçi qrupunun əsas məqsədi ölkədə effektiv biznes mühitini formalaşdırmaq, beynəlxalq reytinqlərdə və enerji əlçatanlığında onun mövqeyini yüksəltməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR