“Azərişıq” regionlarda yeni layihəyə start verib - VİDEO

“Azərişıq” regionlarda yeni layihəyə start verib - VİDEO
# 26 yanvar 2022 10:58 (UTC +04:00)

Bu il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq. “Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində Şəkinin Baş Zəyzid, Şirinbulaq, Aşağı Göynük, Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsində yenidənqurma işlərinə başlanılıb.
Görüləcək işlər çərçivəsində ümumilikdə, 1826 abonentin yaşadığı bu 4 kənd ərazisində 41 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılacaq, 95 km-a yaxın 10 kV-luq, 103 kilometrə yaxın 0,4 kV-luq elektrik xətləri və abonentlərin sayğacları yenilənəcək.
Neftçala rayonunun 4 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur. Bu istiqamətdə Şorkənd, Bala Surra, Qədimkənd və Yeniqışlaq kəndlərində işlərə başlanılıb.
Ümumilikdə, 714 abonentin yaşadığı 4 kənd ərazisində 15 ədəd KTM quraşdırılacaq, 28 kilometrdən çox 10 kV-luq xətt, 46 kilometrdən çox 0,4 kV-luq xətləri və abonentlərin sayğacları yenilənəcək. Yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR