"Azərişıq"ın daha iki xidməti elektron hökumət portalına inteqrasiya olunub

"Azərişıq"ın daha iki xidməti elektron hökumət portalına inteqrasiya olunub
# 06 iyun 2022 11:13 (UTC +04:00)

"Azərişıq" ASC-nin daha iki xidməti elektron hökumət portalına (e-gov.az) inteqrasiya olunub.

Bu barədə "APA-Economics"ə "Azərişıq" ASC-nin informasiya texnologiyaları departamentinin proqramlaşdırma şöbəsinin rəisi Vüsal İsayev deyib.

Onun sözlərinə görə, bu, vətəndaşlara "Asan xidmət" mərkəzlərinə getmədən e-Gov üzərindən "Azərişıq"ın xidmətlərindən yararlanmaq imkanı yaradır.

"Təqdim edilən xidmətlərdən biri abonentlərə geniş tarixçəsini verilməsini nəzərdə tutur. Bura onun indiyədək elektrik enerjisi sərfiyyatı, yaranan borclar, ödənişlər barədə məlumatlar daxildir", - deyə Vüsal İsayev qeyd edib.

Digər yeni xidmət - ad dəyişməsi (abonent kodunun addan ada keçirilməsi) xidmətidir ki, bu xidmətdən ayda iki minədək abonent yararlanır.

"Misal olaraq vətəndaş ev aldıqda, ad dəyişmə əməliyyatı həyata keçirməlidir. Həmin zaman vətəndaş sənədləri hazırlayıb "Asan xidmət"ə getməli idisə, artıq bu əməliyyatları portal vasitəsilə həyata keçirə bilər. Yəni vətəndaş evi alarkən abonent kodu ilə elektrik şəbəkəsi üzrə borcun olub olmadığı barədə məlumat əldə edə bilər. Daha sonra həmin evin reyestrdə qeydiyyat nömrəsini yazaraq müraciəti "Azərişıq"a göndərir. Müraciətə 24 saat ərzində araşdırılır ki, həqiqətən də o çıxarış həmin adamın adınadır, ya deyil", - deyə Vüsal İsayev qeyd edib.

O vurğulayıb ki, hazırda ASC tərəfindən elektron qaydada altı xidmət təqdim edilir və yaxın vaxtlarda xidmətlərin sayı 12-yə çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR