"Azneft" neft hasilatını artırıb

"Azneft" neft hasilatını artırıb
# 23 oktyabr 2019 17:19 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında SOCAR-ın “Azneft” İstehsalat Birliyi 4,73 mln. ton neft hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur.

Bu barədə "APA-Economics"ə Azərbaycanın neft-qaz sektorunda çalışan etibarlı mənbə bildirib.

Onun sözlərinə görə, bu ilin III rübündə “Azneft” İB 1,61 mln. ton neft hasil edib ki, bu da ötən ilin analoji rübü ilə müqayisədə 2%-lik artım deməkdir.

"Azneft" İB Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 20-si quru ərazilərində, 14-ü isə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşir .

Qeyd edək ki, ümumilikdə SOCAR bu ilin 9 ayında 5,73 mln. ton neft hasil edib (1,7% artım).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR