“Azneft” neft və qaz hasilatını artırıb

“Azneft” neft və qaz hasilatını artırıb
# 04 may 2022 13:11 (UTC +04:00)

SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən 2022-ci ilin yanvar-mart aylarında 1,6 mln. tondan çox neft hasil edilib, bununla da plan 102% yerinə yetirilib.

“Azneft”dən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 0,8% təşkil edib.

Məlumata görə, cari ilin 3 ayında, həmçinin 1,6 mlrd. kubmetrə yaxın qaz hasil edilib ki, bu da planın 101,5% əməl edilməsi deməkdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 1,2% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR