"Azneft" qaz hasilatını azaldıb

"Azneft" qaz hasilatını azaldıb
# 23 oktyabr 2019 17:44 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında SOCAR-ın “Azneft” İstehsalat Birliyi 4,17 mlrd. kubmetr qaz hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% azdır.

Bu barədə "APA-Economics"ə Azərbaycanın neft-qaz sektorunda çalışan etibarlı mənbə bildirib.

Onun sözlərinə görə, bu ilin III rübündə “Azneft” İB 1,44 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2018-ci ilin analoji rübü ilə müqayisədə 0,4% azdır.

"Azneft" İB Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 20-si quru ərazilərində, 14-ü isə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşir.

Qeyd edək ki, ümumilikdə SOCAR bu ilin 9 ayında 5,03 mlrd. kubmetr qaz hasil edib (2,8% artım).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR