“Azpetrol” 25 illik yubileyini qeyd edir - FOTO

“Azpetrol” 25 illik yubileyini qeyd edir - FOTO
# 15 iyul 2022 09:45 (UTC +04:00)

Bu gün Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti uğurlu fəaliyyətinin 25 illiyini qeyd edir.

"APA-Economics" xəbər verir ki, "Аzpetrol" şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyəti Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişafı sahəsində görülən işlərin nəticəsində mümkün olub və respublikanın neft strategiyasının inkişafına təkan vermiş 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasının məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsi davam edən yeni neft strategiyasının məqsədləri isə “Azpetrol” şirkətinin fəaliyyət istiqamətlərinin yol xəritəsidir.

15 iyul 1997-ci il tarixində Bakı şəhəri Tbilisi (indiki Moskva) prospektində ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayan "Azpetrol" şirkəti, ən muasir texnologiyaların Azərbaycana gətirilməsi, beynəlxalq standartlara cavab verən operativ idarəetmə sistemlərinin yaradılması və tətbiqi, eləcə də layiqli iş yerlərinın yaradılması siyasətinə yarandığı gündən sadiq qalaraq, Müstəqil Azərbaycanda özəl sektorun formalaşmasına və inkişafına təkan verən şirkətlərdən olub.

“Azpetrol” şirkəti 2002-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline“ və 2011-ci ildən isə “Petrol Plus Online“ proqramlarının tətbiqinə başlayıb. Azərbaycanda həyata keçirilən nağdsız hesablaşmaların genişləndirilməsi tədbirlərinə uyğun olaraq, “Azpetrol” şirkəti dövriyyədə olan ödəniş kartlarının sayını 150 000 çatdırıb. Şirkətimizin ümumi satış dövriyyəsinin 55%-ni nağdsız hesablaşmalar təşkil edir, ümumi, Respublika üzrə isə POS-terminallar üzərindən aparılan nağdsız hesablaşmaların 3%-i “Azpetrol” şirkətinin payına düşür. 2022-ci ilin ilk 4 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə POS-terminallar vasitəsi ilə nağdsız hesablaşmalarla satış həcmi 90%-ə qədər artıb.

“Azpetrol” Azərbaycanda ən iri işəgötürənlər siyahısındadır və hazırda şirkətdə 3300 yaxın əməkdaş çalışır. Kadr potensialının artırılması və işçilərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi şirkətin prioritet istiqamətlərindədir.

Şirkətin uğurları və nailliyyətləri yerli və beynəlxalq qurumlar tərəfindən hər zaman yüksək qiymətləndirilib. 25 ll ərzində “Azpetrol” nümunəvi fəaliyyət, eləcə də, müştərilərə göstərilən yüksək keyfiyyətli xidmətləri ilə fərqləndiyinə görə, 9 beynəlxalq və 18 yerli mükafata layiq görülüb. Bunların sırasında İSO 9001-2015 - Keyfiyyəti İdarəetmə Sisteminə dair, İSO - 14001:2015- Ətraf Mühiti İdarəetmə Sisteminə dair və İSO - 45001:2018 – Peşə Sağlamlığı və Təhlükəsizliyinı İdarəetmə Sisteminə dair beynəlxaql Sertifikatları qeyd etmək olar. Hər üç Sertifikatlaşdırma tələbinə dair audit yoxlaması 12.11.2020-ci il tarixində keçirilib və 06.22.2023-cü il tarixinədək qüvvədədir.

Azpetrol - Daim inkişafa doğru!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR