“Azpetrol” azad olunmuş ərazilərdə 3-cü YDM-i istifadəyə verib

“Azpetrol” azad olunmuş ərazilərdə 3-cü YDM-i istifadəyə verib
# 25 noyabr 2022 15:14 (UTC +04:00)

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, yanacaqdoldurma məntəqələrinin sayını və əhatə dairəsini genişləndirməkdə davam edir.

25 noyabr tarixində “Azpetrol” şirkəti işğaldan azad olunmuş ərazilərdə 3-cü, Respublika üzrə isə 97-cı yanacaqdoldurma məntəqəsini istismara verdi.

“Azpetrol”dan “APA-Economics”ə verilən məlumata görə, işğaldan azad edilən ərazilərdə “Azpetrol” brendi altında fəaliyyət göstərən növbəti modul tipli yanacaqdoldurma məntəqəsi Suqovuşan qəsəbəsi ərazisində yerləşir. Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Premium və Dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. YDM ərazisində 4 yeni iş yeri yaradılıb.

Beləliklə, “Ağalı YDM”, “Hadrut YDM” və “Suqovuşan YDM”-nin işçilərini nəzərə alaraq, “Azpetrol” şirkəti işğaldan azad edilmiş ərazilərdə artıq 13 daimi iş yerinin açılmasını təmin edib.

“Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.

“Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 97 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR