Bakı Neft Emalı Zavodunun yenidən qurulması layihəsi 2025-ci ilədək başa çatdırılacaq

Bakı Neft Emalı Zavodunun yenidən qurulması layihəsi 2025-ci ilədək başa çatdırılacaq
# 30 avqust 2019 11:50 (UTC +04:00)

SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernləşdirilməsi və yenidən qurulması layihəsi 2025-ci ilədək başa çatdırılması planlaşdırılıb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında layihənin direktoru Nihal Allahverdiyev deyib.

N. Allahverdiyevin sözlərinə görə, hazırda zavodda 6 işlək qurğu var. 2025-ci ildə zavodda yerləşən qurğuların sayını 24-ə çatdırılması planlaşdırılır.

Məlumata əsasən, layihənin birinci mərhələsi çərçivəsində inşa olunan Bitum istehsalı qurğusu və Maye qaz doldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib. Layihənin növbəti mərhələləri üzrə işlər iki yerə bölünüb – yeni qurğulara (Paket A) və rekonstruksiya ediləcək qurğulara (Paket B).

Paket A üzrə işlərin icrasına sabit qiymət əsasında İtaliyanın "Tecnimot-KT" alyansı cəlb edilib. Bu paket çərçivəsində Dizel yanacağının hidrotəmizlənməsi, Benzinin hidrotəmizlənməsi, Kükürdün alınması, İzpmerləşmə, MTBE, Hidrogen alınma, Maye qazın hidrotəmizlənməsi üzrə Merox, C4/C5 fraksiyalarrının hidrotəmizlənməsi qurğularının, eləcə də ümümzavod təsərrüfatı üzrə bir sıra qurğuların inşası nəzərdə tutulub. Bu paket üzrə detallı layihələndirmə işlərinin təxminən 90%-i, satınalma işlərinin 72%-i, tikinti işlərinin isə 17%-i icra olunub.

Paket B-nin icrası üçün İspaniyanın “Tecnicas Reunidas” şirkəti cəlb edilib. Layihə üzrə ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının, mövcud ümümzavod təsərrüfatının rekonstruksiya edilməsi nəzərdə tutulub. Buna baxmayaraq, səmərəlik baxımından bu qurğuların yeniləri ilə əvəz edilməsinə qərar verilib.

Paralel olaraq, 2021-ci ildə ölkədə Avro-5 standartlarına cavab verən avtomobil yanacaqlarının istehsalının yaradılması, yeni (illik 7,5 mln. ton gücündə yeni ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğuları) qurğuların istismara verilməsinə qədər mövcud qurğuların növbəti 4-5 il ərzində etibarlı istismarının təmin edilməsi məqsədi ilə adıçəkilən qurğularda müəyyən kiçik yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, yenidənqurma və modernizasiya işlərinin aparılmasından sonra NEZ-in gücü 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR