Bakı-Novorossiysk kəməri ilə indiyədək 48 mln. tona yaxın neft nəql olunub

Bakı-Novorossiysk kəməri ilə indiyədək 48 mln. tona yaxın neft nəql olunub
# 09 iyun 2023 16:28 (UTC +04:00)

Bakı-Novorossiysk boru kəməri vasitəsi ilə indiyədək 47,8 mln. ton Azərbaycan nefti ixrac olunub.

Bu barədə “APA-Economins” SOCAR-ın məlumatlarına istinadən xəbər verir.

Qeyd edək ki, indiyədək Azərbaycandan 654 mln. ton neft ixrac olunaraq, dünya bazarlarına çıxarılıb.

Xatırladaq ki, “Əsrin müqaviləsi” imzalandıqdan sonra, ilk tikilən boru kəmərlərindən biri olan Bakı‐Novorossiysk 1997-ci ildə tam tikilib istifadəyə verilib. Kəmərin uzunluğu 1 330 kilometr, maksimum genişləndirilə bilən ötürücülük qabiliyyəti isə 7 mln. tondur (illik).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR