“Baki-Supsa” boru kəmərilə neftin ixracı bərpa oluna bilər

“Baki-Supsa” boru kəmərilə neftin ixracı bərpa oluna bilər
# 26 yanvar 2023 14:56 (UTC +04:00)

Gələcəkdə “Baki-Supsa” boru kəməri vasitəsilə neftin ixracı bərpa oluna bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda biz bu kəmərdən istifadə etmirik. Bizim bütün ixrac potensialımız Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) üzrə gedir, bu da əsasən tankerlərin Qara dənizdə mövcudluğu ilə bağlıdır. Gələcəkdə vəziyyət dəyişərsə, bu məsələyə baxacağıq”, - deyə Bəxtiyar Aslanbəyli qeyd edib.

O əlavə edib ki, kəmərin fəaliyyəti tam dondurulmayıb, hazır vəziyyətdədir və istənilən an istifadə oluna bilər.

Qazaxıstan neftinin BTC ilə nəqlinin artırılması ilə bağlı suala cavab olaraq Bəxtiyar Aslanbəyli qeyd edib ki, ötən ildən Qazaxıstan nefti qeyd olunan kəmər vasitəsilə tranzit olaraq nəql edilir, lakin həcmlər artırılacaq.

“BTC-də tranzitin həcmlərinə müəyyən məhdudiyyətlər var. Keyfiyyət fərqinə görə, BTC-də olan boş həcmləri Qazaxıstan nefti ilə doldura bilməyəcəyik”, - deyə Bəxtiyar Aslanbəyli əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR