Bakı-Supsa kəməri ilə ixrac olunan neftin həcmi açıqlanıb

Bakı-Supsa kəməri ilə ixrac olunan neftin həcmi açıqlanıb
# 09 iyun 2023 15:33 (UTC +04:00)

Qərb İxrac Boru Kəməri (Bakı-Supsa kəməri) vasitəsilə indiyədək 99,6 mln. ton Azərbaycan nefti ixrac olunub.

Bu barədə “APA-Economins” SOCAR-ın məlumatlarına istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, indiyədək Azərbaycanda 654 mln. ton neft ixrac olunaraq, dünya bazarlarına çıxarılıb.

Xatırladaq ki, 1996-cı ildə Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə əsasən tikilməyə başlanan Bakı-Supsa kəmərinin inşası 1998-ci ildə başa çatdırılıb. Kəmərin uzunluğu 833 kilometr, maksimum genişləndirilə bilən ötürücülük qabiliyyəti isə 6 mln. tondur (illik).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR