Bakıda bərpa olunan enerji üzrə Almaniya-Azərbaycan forumu keçiriləcək

Bakıda bərpa olunan enerji üzrə Almaniya-Azərbaycan forumu keçiriləcək
# 09 iyun 2022 12:21 (UTC +04:00)

İyunun 20-dən 24-dək Almaniya şirkətlərinin Azərbaycana işgüzar səfəri baş tutacaq.

Alman-Azərbaycan Xarici Ticarət Palatasιndan (AHK) "APA-Economics"ə verilən məlumata görə, səfər çərçivəsində şirkətlər ölkədə bərpa olunan enerji mənbələri sahəsində aparılan işlərlə tanış olacaqlar.

Azərbaycana səfər Almaniya Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin “Export Initiative Energy” layihəsi çərçivəsində baş tutacaq.

Bu dörd günlük işgüzar səfər çərçivəsində Almaniya şirkətləri və Azərbaycanın əsas maraqlı tərəfləri iyunun 21-də “Azərbaycanda bərpa olunan enerji” mövzusuna həsr olunan “Alman-Azərbaycan Davamlı İnkişaf Forumu”nda iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR