Bakıda bu il sənaye istehsalı 37 mlrd. manata yaxın olub

Bakıda bu il sənaye istehsalı 37 mlrd. manata yaxın olub
# 09 avqust 2022 13:10 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 36,8 milyard manat təşkil edib.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 85,8 faizi mədənçıxarma, 12,2 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 90,9 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,0 faiz təşkil edib.

Qeyd olunur ki, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2022-ci il vəziyyətinə 374,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 70,7 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR