Bakıda elektrik enerjisinin istehsalı artıb

Bakıda elektrik enerjisinin istehsalı artıb
# 31 oktyabr 2019 16:30 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə elektrik enerjisinin istehsalı təxminən 3,5 mlrd. kVt-saat təşkil edib.

APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin 9 ayında paytaxtda elektrik enerjisinin istehsalında 2,5%-lik artım müşahidə olunub.

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 18,2 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 5,7% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-sentyabr aylarında 17,54 mlrd. kVt-saat təşkil edib (6,1%-lik artım). Ölkədə istehsal edilə edilən elektrik enerjinin 16,13 mlrd. kVt-saat istilik (7,2%-lik artım), 1,29 mlrd. kVt-saat su elektrik (9,3%-lik azalma) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR