Bakıda iki YDM qaz təchizatı mənbəyinə qoşulub

Bakıda iki YDM qaz təchizatı mənbəyinə qoşulub
# 18 oktyabr 2019 10:15 (UTC +04:00)

Bakıda iki yanacaqdoldurma məntəqəsi (YDM) qaz təchizatı mənbəyinə qoşulub.

APA-Economics”in “Azəriqaz” İB-yə istinadən verdiyi məlumata görə, bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci km-də Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub qərb hissəsində yerləşən yanacaq doldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək.

Bu müddət ərzində Qaradağ rayonu Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu “Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR