Bakıda kimya məhsullarının istehsalı artıb

Bakıda kimya məhsullarının istehsalı artıb
# 31 oktyabr 2019 17:32 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakıda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 290,2 mln. manatlıq məhsul istehsal edilib.

Bu barədə "APA-Economics" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 45,3%, rezin və plastik kütlə məmulatlarının istehsalında 6,3% artıb, əczaçılıq məhsullarının istehsalında isə 0,1% azalma müşahidə edilib.

Bakıda kimya məhsullarının istehsalı göstəriciləri:

Məhsul növləri

2019-cu il, yanvar-sentyabr

Əvvəlki ilin yanvar-sentyabrı ilə nisbətən, %

Azot, min kub metr

663,0

43,2

Oksigen, min kub metr

2 482,0

71,8

Barium sulfat, min ton

42,3

95,2

Naften turşuları, ton

1 729,1

132,8

Lak-boya məmulatları, ton

14 764,9

195,5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR