Bakıda metal istehsalı azalıb

Bakıda metal istehsalı azalıb
# 31 oktyabr 2019 14:19 (UTC +04:00)

Bakıda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-sentyabr aylarında 304,3 mln. manatlıq məhsul istehsal edilib.

"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə metallurgiya sənayesində 32,7%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 27,9% azalma müşahidə olunub.

Əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən sahə üzrə qara metallardan sair konstruksiyaların istehsalı isə 2,9 dəfə artıb, armaturun istehsalı 7,9%, alüminium çubuqlar, millər və profillər 14,7%, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 53,2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR