Bakıda sənaye istehsalı 2 dəfə artıb

Bakıda sənaye istehsalı 2 dəfə artıb
# 01 iyul 2022 16:17 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 30,4 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 2 dəfə artım deməkdir.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 85,8%-i mədənçıxarma, 12,1%-i emal, 1,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Qeyd olunur ki, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2022-ci il vəziyyətinə 349,2 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 69,3 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR