Bakıda sənaye istehsalı artıb

Bakıda sənaye istehsalı artıb
# 31 oktyabr 2019 13:11 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakı üzrə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artaraq 29,6 mlrd. manat təşkil edib.

Bakı Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sənaye məhsulunun 80,3% mədənçıxarma, 17,7% emal, 1,4% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata əsasən, ötən dövr sənayedə qeyri-dövlət sektorunun payı 83,7% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında oktyabrın 1-i vəziyyətinə 273,2 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 66 mln. manat məbləğində digər məhsullar da mövcud olub, məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR