Bakıda sənaye istehsalı kəskin artıb  

Bakıda sənaye istehsalı kəskin artıb  
# 27 may 2022 17:06 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 23,7 milyard manat təşkil edib, bu da illik müqayisədə 97,5% çoxdur.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 85,1%-i mədənçıxarma, 12,7%-i emal, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 90,7% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 94,9%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,1% təşkil edib.

“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2022-ci il vəziyyətinə 272,3 mln. manatlıq hazır məhsul ehtiyatı olub.. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 82,0 mln. manat məbləğində digər məhsullar da mövcud olub”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR