Bakıda təkrar emala göndərilən tullantıların gündəlik həcmi 25 tona çatdırılıb

Bakıda təkrar emala göndərilən tullantıların gündəlik həcmi 25 tona çatdırılıb
# 13 noyabr 2019 12:26 (UTC +04:00)

Bakıda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasının ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru İlqar Hüseynov bildirib.

O qeyd edib ki, layihənin icrasında kiçik, çox da vacib olmayan problemlər olur, onlar qaçılmazdır, lakin onlar operativ şəkildə aradan qaldırılır.

İ. Hüseynov əlavə edib ki, hər gün yığılan tullantıların tərkibi və çəkiləri araşdırılır, məlumat bazasına əlavə edilir.

Qeyd edək ki, bu ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış sözü gedən yeni pilot layihənin icrasına həyata keçirilir.

Nərimanov rayonunda 400 ədəd konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirilib. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR