Bakıda sənaye istehsalı 0,6% azalıb

Bakıda sənaye istehsalı 0,6% azalıb
# 03 iyul 2019 11:00 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 16,6 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,6% azdır.

APA-Economics”in Bakı Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 81,8%-i mədənçıxarma, 16,1%-i emal, 1,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84,1% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,7%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3% təşkil edib.

Məlumata əsasən, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2019-cu il vəziyyətinə 247,1 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 43,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR