Bakıda istehsal olunan tikinti materiallarının dəyəri 11% azalıb

Bakıda istehsal olunan tikinti materiallarının dəyəri 11% azalıb
# 31 oktyabr 2019 14:05 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunan məhsulun ümumi dəyəri əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən sabit qiymətlərlə 10,9% azalaraq 404,0 mln. manat təşkil edib.

"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin eyni dövrünə nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 14,3% artıb, sementin istehsalı isə 4,7% azalıb.

Tikinti materiallarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı.

Məhsul növləri

2019-cu ilin yanvar-sentyabr aylarında istehsal edilib

Əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən, %

01.10.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı

Sement, min ton

2 142,3

95,3

86,2

Tikinti gipsi, ton

3 376,1

135,4

669,7

Tikinti əhəngi, ton

33 024,5

150,5

2 653,8

Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton

69,5

128,0

46,7

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

14,5

112,4

5,5

Asfalt, min ton

21,3

61,5

-

Tikinti kərpici, min kubmetr

73,3

87,2

1,4

Hörmə üçün hazır beton qarışığı, min ton

795,1

114,3

-

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR