Baltik boru kəməri enerji böhranının yumşaldılmasında mühüm rol oynayacaq

Baltik boru kəməri enerji böhranının yumşaldılmasında mühüm rol oynayacaq
# 27 sentyabr 2022 17:18 (UTC +04:00)

Norveç və Polşa arasında yaradılan yeni “Baltik Pipe” qaz kəməri Avropa İttifaqında mövcud enerji böhranının yumşaldılmasında mühüm rol oynayacaq.

APA-Economics”in Avropa Komissyasına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının energetika üzrə komissarı Kadri Simson bildirib.

“”Baltic Pipe” regionun təchizatının təhlükəsizliyi üçün əsas layihədir və Aİ-nin qaz mənbələrinin şaxələndirilməsi siyasətinin nəticəsidir. Boru kəməri mövcud enerji böhranının yumşaldılmasında mühüm rol oynayacaq”, - Kadri Simson qeyd edib.

Sözügedən qaz kəmərinin təntənəli açılışı bu gün baş tutub. Kəmər ilə qazın tədarükünə bu ilin oktyabrın 1-də başlanılması planlaşdırılıb. Kəmərin illik ötürmə gücü 10 mlrd. kubmetr təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR