Baş katib: Sanksiyaların Rusiya neftinin tədarükünə təsiri barədə danışmaq hələ tezdir

Baş katib: Sanksiyaların Rusiya neftinin tədarükünə təsiri barədə danışmaq hələ tezdir
# 17 yanvar 2023 16:49 (UTC +04:00)

OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) baş katibi Heysəm əl-Qais hesab edir ki, Qərb sanksiyalarının Rusiya neftinin tədarükünə təsirini qiymətləndirmək hələ tezdir.

Bu barədə “APA-Economics” xarici mətbuata istinadən xəbər verir.

"Rusiya enerji bazarlarında iri oyunçudur və onun hasilatını əvəz etmək asan deyil. Sanksiyaların Rusiya neftinin tədarükünə təsiri barədə danışmaq hələ tezdir", - Heysəm əl-Qais qeyd edib.

OPEC-in baş katibinin sözlərinə görə, Hindistan və Çindən gələn tələb inkişaf etmiş ölkələrdən gözlənilən azalmanı kompensasiya edə bilər.

Heysəm əl-Qais koronavirusun yayılması ilə bağlı məhdudiyyətlərin aradan qaldırması nəticəsində, bu il ərzində Çinin neftə tələbatının artacağını gözləyir: "Biz Çinin gündəlik neft tələbatını yarım milyon barel artıracağını gözləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR