BEA Azərbaycanın energetika sahəsinin uzunmüddətli inkişaf strategiyasına dəstək verəcək

BEA Azərbaycanın energetika sahəsinin uzunmüddətli inkişaf strategiyasına dəstək verəcək
# 10 sentyabr 2019 18:43 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (BEA) “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanmasına dəstək verəcək.

APA-Economics”in Azərbaycanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu BEA-nın icraçı direktoru Fatih Birol Əbu-Dabidə Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla görüşü zamanı bildirib.

Nazir P. Şahbazovun F. Birol ilə görüşündə qlobal neft bazarında hazırkı vəziyyət, neftin qiymətinə, eləcə də tələb və təklifə təsir edən amillər, neft ölkələrində iqtisadiyyatın şaxələndirilməsi və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

P. Şahbazov energetika sektorunda islahatlar çərçivəsində görülən tədbirlər barədə ətraflı məlumat verərək, “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması istiqamətində Beynəlxalq Enerji Agentliyi ilə intensiv əməkdaşlığın vacibliyini qeyd edib.

F. Birol Azərbaycanın energetika sektorunda yeni çağırışlara uyğun fəaliyyətini təqdir edərək, Strategiya layihəsinin hazırlanmasına dəstək verəcəklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR