BƏƏ-nin energetika naziri neft sənayesinin gələcəyindən danışıb

BƏƏ-nin energetika naziri neft sənayesinin gələcəyindən danışıb
# 31 oktyabr 2022 12:15 (UTC +04:00)

Neft sənayesinə investisiyalar sıfıra endirilsə qlobal neft hasilatı hər il gündəlik 5 mln. barel azalacaq.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə BƏƏ-nin sənaye naziri və Əbu-Dabinin dövlət neft şirkəti ADNOC-un baş direktoru Sultan Əhməd Əl Cabir açıqlama verib.

"Məlumatlar açıq şəkildə göstərir ki, əgər biz karbohidrogenlərə investisiyaları sıfıra endirsək, o zaman hasilatın təbii azalması səbəbindən biz hazırkı hasilat səviyyəsindən hər il gündə 5 mln. barel neft itirəcəyik. Bu il yaşadığımız şok bizə kiçik bir titrəyiş kimi görünəcək ", - Sultan Əl Cabir qeyd edib.

Onun sözlərinə görə, cari il dünya iqtisadiyyatının tərəqqisinin təmin edilməsində enerji təhlükəsizliyi məsələsinin əsas olduğunu əyani şəkildə göstərdi. Və 2045-ci ilə qədər dünya əhalisinin proqnozlaşdırılan artımının 9,5 mlrd. nəfərə çatacağını nəzərə alsaq, dünya indikindən 30% daha çox enerji istehsal etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR