BƏƏ “OPEC+”un neft hasilatında dəyişiklikləri müzakirə edəcəyi barəsində xəbəri təkzib edib

BƏƏ “OPEC+”un neft hasilatında dəyişiklikləri müzakirə edəcəyi barəsində xəbəri təkzib edib
# 22 noyabr 2022 09:35 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suheil əl-Mazroui, noyabr ayından hasilatı gündəlik iki milyon barel azaltmaq qərarına baxmayaraq, BƏƏ-nin “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) tərəfdaşları ilə gündəlik neft hasilatını 500 min barel artırmağı müzakirə etdiyi barədə xəbərləri təkzib edib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə nazir öz “Twitter” hesabında paylaşım edib.

“Birləşmiş Ərəb Əmirlikləri 2023-cü ilin sonuna qədər qüvvədə olan son razılaşmaları dəyişdirmək üçün digər “OPEC+” üzvləri ilə hər hansı müzakirələrdə iştirak etdiyini inkar edir. Biz “OPEC+”ın neft bazarını tarazlaşdırmaq məqsədinə sadiq qalırıq və bu məqsədə çatmaq üçün istənilən qərarı dəstəkləyəcəyik”, - paylaşımda qeyd olunur.

Bazar ertəsi “Wall Street Journal” Səudiyyə Ərəbistanı və digər “OPEC+” üzvlərinin alyansın dekabrın 4-də keçiriləcək iclasında hasilatın sutkada 500 min barel artırılmasını müzakirə edəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR