Belarus gələn ildən neft tranziti tarifinin 39% artırılmasını istəyir

Belarus gələn ildən neft tranziti tarifinin 39% artırılmasını istəyir
# 22 noyabr 2022 15:18 (UTC +04:00)

Belarus 2023-cü il yanvarın 1-dən neft tranziti tarifinin 39% artırılmasını istəyir və belə bir qərarı ölkə sistemi vasitəsilə yük dövriyyəsinin iki dəfə azalacağını gözləməsi ilə əsaslandırır.

APA-Economics”in “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Transneft” şirkətinin sözçüsü İqor Demin bildirib.

“Biz belaruslu həmkarlarımızdan müvafiq məktub aldıq, orada onlar gələn ildən öz sistemləri ilə yük dövriyyəsinin 2 dəfə azalacağını əsas gətirərək tarifin 39% artırılmasını istəyirlər”, - İqor Demin qeyd edib.

Bundan əvvəl İqor Demin bildirmişdi ki, “Transneft” 2023-cü ildə Ukrayna ərazisindən "Drujba" neft kəmərləri sistemi vasitəsilə neft tranziti üçün tariflərin artırılması ilə bağlı “Ukrtransnafta”dan məktub alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR