Benzinin ən baha olduğu ölkələr açıqlanıb

Benzinin ən baha olduğu ölkələr açıqlanıb
# 07 may 2022 04:10 (UTC +04:00)

Bu ay benzinin dünya üzrə orta qiyməti 1,33 ABŞ dolları olub.

APA xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.

Yanacağın ən baha olduğu ərazilər sırasında ilk yerlərdə Honkonq və Norveç gəlir. Bunrda benzinin 1 litrinin qiyməti müvafiq olaraq 2,78 və 2,41 dollardır.

Ucuz yanacağa gəldikdə isə, 1 litr benzin Əlcəzairdə 0,32, Küveytdə 0,34 dollardır.

Bundan başqa, Venesuela, Livan, İran və İraqda yanacaq qiymətlərində ciddi ucuzlama baş verib. Bir müddət əvvəl Venesuelada yanacağın 1 litrinin qiyməti 2 sentə enmişdi. Lakin bu, iqtisadi proseslər nəticəsində baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR