Bərpa olunan enerji mənbələri üzrə layihələr gələn ildən hərraca çıxarılacaq

Pərviz Şahbazov

© APA | Pərviz Şahbazov

# 21 dekabr 2021 12:12 (UTC +04:00)

"Bərpa olunan enerji layihələrinin gələn il hərraca çıxarılması və Xəzər dənizinin külək potensialından istifadəsi ilə bağlı planlarımız "yaşıl" enerjinin təmin olunması üçün fürsətdir".

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah" mövzusunda Bakıda keçirilən konfransda çıxış edən energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə "yaşıl" enerji sahəsinin inkişafı sahəsində böyük işlər aparılır və bununla bağlı geniş planlar mövcuddur. Azad olunmuş ərazilərdə də xarici investisiya hesabına bərpa olunan enerji ilə bağlı layihələrin həyata keçirilməsi əsas hədəfdir: "Hazırlanmış "yaşıl" enerji konsepsiyasına əsasən, xarici investisiya qoyuluşu ilə Kəlbəcər və Laçında 100 meqavat gücündə külək elektrik stansiyasının tikilməsi planlaşdırılır. Azərbaycanın enerji kursu qlobal çağırışlara uyğun şəkildə həyata keçirilir. Hədəfimiz ölkəmizin ümumi enerji istehsalında bərpa olunan enerji payını hazırkı 17%-dən 2025-ci ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaqdır. Bu məqsədlə 1 500 MVt-lıq istehsal güclərinin yaradılması nəzərdə tutulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR