Beyləqanda traktor qaz xəttini zədələyib, 2 500 abonentin qaz təchizatı dayandırılıb

Beyləqanda traktor qaz xəttini zədələyib, 2 500 abonentin qaz təchizatı dayandırılıb
# 25 iyul 2019 17:35 (UTC +04:00)

Beyləqan rayonunda traktor qaz xəttini zədələyib, 2 500 abonentin qaz təchizatı dayandırılıb.

APA-Economics”in “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb. Belə ki, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Bu səbəbdən saat 13:10-dan etibarən təqribən 2 500 abonentin qaz təchizatı dayandırılıb.

Bundan başqa, Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. 85 abonentin qaz təchizatı dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR