IEA: Gələn il dünya neft bazarında təklif tələbatı üstələyəcək - PROQNOZ

IEA: Gələn il dünya neft bazarında təklif tələbatı üstələyəcək - PROQNOZ
# 12 iyul 2019 15:38 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2020-ci ildə dünya neft bazarında təklifin tələbatdan daha çox olacağını proqnozlaşdırır. Bu barədə “APA-Economics” IEA-ın aylıq hesabatına istinadən xəbər verir.

Agentliyin proqnozlarına görə, 2020-ci ildə başda ABŞ olmaqla qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 2019-cu ilə (gündəlik 2 mln. barel) qarşı 2,1 mln. barel təşkil edəcək, bu da bazarda təklifin tələbatı üstələməsinə səbəb olacaq. Belə olan halda, 2020-ci ilin birinci rübündə OPEC ölkələrinin neftinə olan gündəlik tələbat 28 mln barelə düşəcək ki, bu da OPEC-in 2003-cü ilin üçüncü rübündən etibarən ən aşağı həddə hasilat göstəricisi olacaq.

Bununla yanaşı, IEA-in mövqeyinə əsasən, OPEC+ üzrə neft istehsalı üzrə razılaşmanın 2020-ci ilin mart ayının sonunadək uzadılması bazarda tələb-təklif balansının normallaşmasına dair fundamental mənzərəni dəyişməyəcək.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə (bu ilin iyun ayının sonunadək) gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. İyulda Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR