Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib

Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib
# 18 yanvar 2023 13:39 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə qlobal gündəlik neft tələbatının artımı ilə bağlı proqnozunu 200 min barel artıraraq 1,9 mln. barelə çatdırıb.

Bu barədə "APA-Economics" Agentliyin aylıq hesabatına istinadən xəbər verir.

Beləliklə, proqnoza görə, bu il ortalama qlobal gündəlik neftə olan tələbat 101,7 mln. barel təşkil edə bilər.

Qeyd edək ki, bir ay əvvəl IEA 2023-cü ildə qlobal gündəlik neftə tələbatın sutkada 1,7 mln. barel artacağını proqnozlaşdırırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR