Bolqarıstan iyulun 1-dən Azərbaycandan qazı tam həcmdə ala biləcək

Bolqarıstan iyulun 1-dən Azərbaycandan qazı tam həcmdə ala biləcək
# 13 may 2022 13:19 (UTC +04:00)

Bolqarıstan iyulun 1-dən Azərbaycandan qazı tam həcmdə ala biləcək.

APA-Economics” xəbər verir ki, bu barədə cümə günü Bolqarıstanın Baş naziri Kiril Petkov parlamentdə keçirilən dinləmələrdə bildirib.

“Biz Azərbaycandan qazı iyulun 1-dən tam həcmdə ala bilərik, bu tədarük Yunanıstanla sistemlərarası qaz kəmərinin tikintisinin başa çatmasından asılı deyil”, - hökumət başçısı bildirib.

Kiril Petkov həmçinin qeyd edib ki, ABŞ-dan iki tankerə maye qazın tədarükü ilə bağlı müqavilə imzalanıb və gəmilərin boşaldılması üçün yer ayrılıb.

“Amerika qazı da Bolqarıstana çatdırılacaq, hər şey razılaşdırılıb”, - Baş nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR