Bolqarıstan və Serbiya arasında qaz kəmərinin çəkilişinə başlanacaq

Qaz kəməri

© APA | Qaz kəməri

# 30 yanvar 2023 19:20 (UTC +04:00)

Bolqarıstan və Serbiya arasında qaz kəmərinin çəkilişinə başlanılacaq.

APA xəbər verir ki, bu barədə “Bulgarian National Radio” Bolqarıstan liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Bolqarıstan prezidenti Rumen Radev və onun serbiyalı həmkarı Aleksandar Vuçiç fevralı 1-də iki ölkə arasında qaz kəmərinin çəkilişinə başlanmasına həsr olunan mərasimdə iştirak edəcək.

Qaz kəmərinin çəkilişi işlərinin təntənəli açılış mərasimi Bolqarıstan ərazisində baş tutacaq və hər iki ölkə liderləri ilə yanaşı, milli energetika nazirləri, həmçinin bir sıra məsul şəxslər iştirak edəcək.

Mərasimdən əvvəl Bolqarıstan və Serbiya rəhbərlərinin ikitərəfli görüşü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR