Böyük Britaniya Şimal dənizində qaz və neft hasilatını aktivləşdirəcək

Böyük Britaniya Şimal dənizində qaz və neft hasilatını aktivləşdirəcək
# 08 sentyabr 2022 15:28 (UTC +04:00)

Böyük Britaniya ölkədəki enerji böhranını aradan qaldırmaq üçün Şimal dənizində neft və qaz hasilatı üçün 100-dən çox lisenziya verəcək.

APA-Economics”in verdiyi xəbərə görə, bunu ölkənin yeni baş naziri Liz Truss bildirib.

"Biz həmçinin ölkənin bütün enerji ehtiyatlarını, o cümlədən Şimal dənizində qaz və neft hasilatını aktivləşdirəcəyik. Bir sıra yeni lisenziyalar verəcəyik ki, onların sayı gözlədiyimiz kimi 100-dən çox olacaq", - baş nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR