BP: ACE platformasının daha az karbonlu olması nəzərdə tutulub

BP: ACE platformasının daha az karbonlu olması nəzərdə tutulub
# 01 iyun 2023 14:44 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun (AÇG) dərin qaz laylarını qiymətləndirmək məqsədilə qazılan yeni quyu yekunlaşdırılma üzrədir.

"APA-Economics" xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.

"Gördüyünüz kimi, lazım olan yerdə və vaxtda əlçatan enerji təminatını dəstəkləmək üçün diqqətimizi Xəzərdə dayanıqlı karbohidrogen ehtiyatlarının hasilatına yönəltməyə davam edirik. Bununla yanaşı, biz mövcud neft və qaz hasilatımızda karbonsuzlaşdırmanın və emissiyaların azaldılmasının yollarını axtarırıq.
Sahələrimizdə məşəlin müntəzəm yanmasını aradan qaldırmaq istiqamətində işləyirik və emissiyaları 50% azaltmaq üçün obyektlərimizdə metan detektorları quraşdırırıq", - Qəri Counz qeyd edib.

Onun sözlərinə görə, AÇG-də tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platformasının daha az karbonlu olması nəzərdə tutulub.

Qəri Counz əlavə etdi ki, ACE uzaq məsafədən idarə ediləcək və onun əksər sistemləri və prosesləri avtomatlaşdırılacaq. Bu isə platformaya daha az gediş-gəliş, daha az dayanma halları və boşdayanmalar, və məhz buna görə məşəlin daha az yanması və daha az emissiya atqısı deməkdir.

""Şahdəniz" yatağında "Şahdəniz Alfa" platformasındakı dizel generatorlarının "Şahdəniz Bravo"nun qazla işləyən daha az emissiyalı generatorlarında hasil olunan enerji ilə əvəzlənməsi üçün iş aparırıq. Bu, "Şahdəniz Alfa"dan karbon tullantılarının azaldılmasına və platformanın istismar səmərəliliyinin artırılmasına kömək edəcək", - BP nümayəndəsi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR