BP: ACE üzrə neft hasilatına 2024-cü ilin əvvəlindən başlanılacaq

BP: ACE üzrə neft hasilatına 2024-cü ilin əvvəlindən başlanılacaq
# 07 oktyabr 2022 14:05 (UTC +04:00)

Azəri-Çıraq-Günəşli yatağına aid olan Azəri-Mərkəzi-Şərqi (ACE) platformasından neft hasilatına 2024-cü ilin əvvəlindən başlanılacaq.

Bunu "APA-Economics"ə açıqlamasında BP-nin xarici kommunikasiyalar üzrə rəhbəri, ACE layihəsinin baş meneceri Nill Filips deyib.

O bildirib ki, gələn ilin birinci rübünə kimi dayaq bloku üzrə işlər yekunlaşdırılıb dənizə çıxarılacaq. May ayına kimi ACE platformasının tamamlanması gözlənilir. Platformada quyuların qazılması və hasilata başlanılması 2023-cü ilin sonu 2024-cü ilin əvvəlinə nəzərdə tutulub.

N.Filips əlavə edib ki, ACE ilk avtomatlaşdırılmış platforma olacaq. Bütün idarəetmə işləri platformadan deyil, Səngəçal terminalından aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR