BP sentyabrda Xəzərin Azərbaycan sektorunda seysmik tədqiqat işlərinə başlayacaq

BP sentyabrda Xəzərin Azərbaycan sektorunda seysmik tədqiqat işlərinə başlayacaq
# 04 iyul 2019 12:41 (UTC +04:00)

BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən D230 bloku üzrə kəşfiyyat proqramı çərçivəsində seysmik tədqiqat işlərinə bu ilin payızında başlamağı planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons söyləyib.

Onun sözlərinə görə, şirkət bu ilin sentyabr ayında sahədə 3 dərəcəli seysmik işlərinin aparılması başlayacaq. Gələn ilin ortalarında isə burada ilk kəşfiyyat quyusunun qazılmasına start veriləcək.

D230 strukturu kifayət qədər böyük bir ərazini əhatə edir və orada gələcəkdə kəşfiyyat quyularının harada qazılacağı çox əhəmiyyətlidir. Ən çox da bu struktur ona görə maraqlıdır ki, orada potensial neft ehtiyatları nəzərdə tutulur.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR